reklam
» » Dövlət Komitəsinin yeni saytı işə başladı

reklam

Dövlət Komitəsinin yeni saytı işə başladı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni internet saytı istifadəyə verilib.

Komitənin mətbuat xidmətindəm verilən məlumata görə, komitənin yeni saytı həm məzmun, həm də dizayn baxımından yenilənib və təkmilləşdirilib. Sayt Xüsusi Dövlət Mühafizə Xidmətinin Data Mərkəzinin hostinq sistemində yerləşdirilib və istifadəyə verilib.

Hazırda komitənin yeni yaradılmış internet saytında təsdiq edilmiş standartlar, akkreditasiya olunmuş laboratoriyalar, sertifikatlaşdırma qurumlarının siyahısı və onlar barədə ətraflı məlumat, uyğunluq sertifikatlarının elektron bazası, ölçmə vasitələrinin dövlət reyestrinin məlumatları, komitənin elektron xidmətləri, komitə sədrinin virtual qəbulu, eləcə də, cari xəbərlər ictimaiyyətə açıq şəkildə təqdim edilir.

Bundan əlavə, komitənin saytının mobil versiyası da hazırlanaraq istifadəyə verilib.


Paylaş:


Müəllif : Tarix:
13-01-2018, 13:19
  


loading...
Загрузка...