reklam
» » Vasif Talıbovun oğlu atasının doğum gününü belə təbrik etdi

reklam

Vasif Talıbovun oğlu atasının doğum gününü belə təbrik etdi

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun böyük oğlu Rza Talıbov atasını doğum günü münasibəti ilə təbrik edib.
Regionxeberleri.com GoldNews.az - a istinadən xəbər verir ki, bu barədə o, şəxsi Facebook hesabında paylaşım edib. O, atasının fəaliyyət dövrünü əks etdirən "foto slideshow" paylaşıb.
Qeyd edək ki, ötən gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbov 57 yaşını qeyd edib.
1960-cı ildə Naxçıva Muxtar Respublikasının Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olan Vasif Talıbov 1981-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini qiyabi bitirib.
Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb. 1995-ci ildən isə Naxçıvan MR Ali Məclisinin sədridir.
Qeyd edək ki, Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.




Paylaş:


Müəllif : Tarix:
15-01-2018, 15:47
  
loading...