reklam
» » Bakı-Şamaxı-Yevlax yolu buz bağladı - Avtomobillər yolda qaldı - VİDEO

reklam

Bakı-Şamaxı-Yevlax yolu buz bağladı - Avtomobillər yolda qaldı - VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolu buz bağlayıb.

Regionxeberleri.com Trend-ə stinadən xəbər verir ki, gecə saatlarından etibarən yolun bəzi hissələrində avtomobillərin hərəkəti çətinləşib.

Yolun Abşeron rayonunun Qobustan kəndi, Cəngi qəsəbəsi, Qobustan rayonunun Mərəzə qəsəbəsi, Şamaxı rayonunun Acıdərə və Ağsu rayonunun Ağsu dolaylarından keçən hissələrində avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb. Yollara qum və buz qarışığının tökülməsinə başlanılıb.

Yolun Mərəzə qəsəbəsi ərazisindən keçən hissəsində olan sürücülər Trend-ə bildiriblər ki, hazırda bəzi avtomobillər hərəkəti davam etdirə bilmədiklərindən Qobustan rayonunun Nərimankənd ərazisində dayanmaq məcburiyyətində qalıblar.



Paylaş:


Müəllif : Tarix:
16-01-2018, 11:41
  


loading...
Загрузка...