reklam
» » Suçiçəyinə qarşı KÜTLƏVİ PEYVƏNDLƏMƏ tətbiq ediləcək? - Rəsmi açıqlama

reklam

Suçiçəyinə qarşı KÜTLƏVİ PEYVƏNDLƏMƏ tətbiq ediləcək? - Rəsmi açıqlama

“Ola bilər ki, bir neçə il sonra suçiçəyinə qarşı peyvənd edilsin. Amma indi bu məsələyə baxılmır”.

Regionxeberleri.com bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə suçiçəyinə yoluxma hadisələrinin sayında artım müşahidə edilmir:

“Bu xəstəliklə bağlı vəziyyət stabildir. Suçiçəyi Azərbaycanda peyvəndlə idarəolunmayan xəstəliklər qrupuna aiddir. Çünki biz hələ ki, Azərbaycanda o xəstəliyə qarşı peyvənd tətbiq etməmişik. Peyvəndlər daha aktual, daha vacib olan xəstəliklərə qarşı edilir. Suçiçəyi ağır keçməyən xəstəlikdir”.


Paylaş:


Müəllif : Tarix:
18-01-2018, 10:25
  


loading...
Загрузка...