reklam
» » Həkimdən xərçəng qadına "möcüzəvi kurs" təklifi - Damarına soda vurub öldürdü

reklam

Həkimdən xərçəng qadına "möcüzəvi kurs" təklifi - Damarına soda vurub öldürdü

İtaliyada xərçəng pasiyentini soda ilə müalicə etməyə çalışan həkimin məhkəmə işi yekunlaşıb. Tullio Simonçini adlı həkim səhiyyədə qanunsuz sayılan müalicə və təcrübə aparmaqla pasiyentin ölümünə səbəb olma maddəsi ilə 5 il azadlıqdan məhrum edilib.

Həkimin qurbanı beyin xərçəngindən əziyyət çəkən 27 yaşlı Kataniya Luka olub. Müalicə məqsədilə həkimə müraciət edib, o da pasiyentə "Möcüzə kursu” məsləhət görüb. Venadaxilinə sodalı məhlul yeritməkdən ibarət olan kursdan cəmi 2-3 gün sonra gənc pasiyentin metobolik pozuntuları başlayıb. 4 ay sonra isə pasiyent ölüb.  

"Bu hadisə və cəza bu kimi üsullarla müalicənin təhlükəli olduğunu bir daha sübut edərək, insanlara yalançı ümidlər verməyin necə acı nəticələrə gətirib çıxardığını göstərdi. Bundan sonra həkimlər belə təcrübələr aparmaz, yeni qurbanlar olmaz”, – deyə hakim bildirib.

Qeyd edək ki, hələ də mətbuat orqanlarında xərçəngin bir göbələk xəstəliyi olması və soda ilə müalicəsinin mümkünlüyü barədə informasiyalar yayılır və hansısa kişi öz təcrübəsindən danışır. Elmə və tibbə zidd bu kimi yanaşmalar ağır xəstələri səhv yollara aparır, başqa ağırlaşmaların qurbanına çevirir.


Paylaş:


Müəllif : Tarix:
18-01-2018, 21:25
  


loading...
Загрузка...