reklam
» » Ömrü uzadan zülal tapılıb

reklam

Ömrü uzadan zülal tapılıb

Beynəlxalq tədqiqat qrupu özünəməxsus p62 zülalında stresdən qoruma ilə əlaqədar yığılan mutasiyaların, digər canlılarla müqayisədə insanlarda uzunömürlülüyə daha güclü təsir etdiyini müəyyən edib.

Regionxeberleri.com Oxu.Az - a istinadən xəbər verir ki, bu barədə Phys.org saytında dərc olunan press-relizdə danışılır.

P62 zülalı “autofaqiya” induksiyası – yəni hüceyrələrin zədələnmiş komponentlərin sistemdən kənarlaşdırılması üçün vacibdir. İnsan dərisinin yenilənməsi və vaxtından əvvəl qocalmanın qarşısını almaqda bu zülalın rolu əvəzsizdir.

Tədqiqatçıları göstərir ki, р62 fəal oksigen formalarının, yəni tək elektrondan ibarət olan və ona görə DNT, zülalları və lipid membranları oksidləşdirən birləşmələrin yaranması zamanı aktivləşir. Fəal oksigen formaları tənəffüs və oksigenin iştirakı ilə baş verən oksidləşdirici-bərbaedici reaksiyalar zəncirindən ibarət digər proseslərin kənar məhsulları hesab olunur.

Oksigenin fəal formalarının zəruri metabolik siqnalların ötürülməsində iştirak etməsinə baxmayaraq, onların həddindən artıq yığılması oksidləşdirici stresə yol açır, bu isə hüceyrələrin ölməsi ilə nəticələnir.

Eksperimentlər zamanı məlum olub ki, orqanizmlərinə p62 geni (onlarda bu gen mövcud  olmur) yeridilmiş genetik modifikasiya olunmuş drozofil milçəkləri digər həşaratlarla müqayisədə stress şəraitində daha uzun ömür sürür. Bu, onu göstərir ki, adıçəkilən zülal insanların ulu əcdadlarının uzunömürlülüyünə təsir edib və onların orqanizminin əlverişsiz şəraitlərə davamlılığını artırıb. Ancaq p62 milçəklərin qocalmasının qarşısını almayıb. Bu, insan orqanizmində hələ elmə məlum olmayan bir sıra biokimyəvi mexanizmlərin mövcud olduğunu göstərir.


Paylaş:


Müəllif : Tarix:
19-01-2018, 16:04
  


loading...
Загрузка...