X
1 milyon manat ələ keçirən xəzinədar - ETİRAZ EDİR » Regionxeberleri.com 1 milyon manat ələ keçirən xəzinədar - ETİRAZ EDİR » Regionxeberleri.com

reklam
» » 1 milyon manat ələ keçirən xəzinədar - ETİRAZ EDİR

reklam

1 milyon manat ələ keçirən xəzinədar - ETİRAZ EDİR

Bakı Apellyasiya Məhkəməsində “Zaminbank”da xəzinədar vəzifəsində işləmiş 45 yaşlı Eldar Salmasinin şikayətinə baxılır. O, CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Regionxeberleri.com Gununsesi.info - a istinadən xəbər verir ki, Eldar Salmasi “Zaminbank”da xəzinədar işləyərkən vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq, onların pullarını ələ keçirməkdə ittiham olunur. Onun müxtəlif adamlara vurduğu ziyanın ümumilikdə 1 milyon manata yaxın olduğu bildirilir.

Bu iş üzrə zərərçəkmişlər sırasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin oğlu Ərdəbil Quliyev də var. Onun 150 min manatı ələ keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Salmasiyə 10 il həbs cəzası verilib. O, bu hökmdən narazı qalaraq, apellyasiya şikayəti verib. Şikayətində hökmün ədalətsiz olduğunu, işin hallarının tam araşdırılmadığını yazıb.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İlkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, iş məhkəmə baxışına verilib. Məhkəmə baxışı isə martın 6-na təyin olunub.


Paylaş:


Müəllif : Tarix:
21-02-2018, 11:15
  


loading...