reklam
» » Bürclər-22 fevral

reklam

Bürclər-22 fevral

 
Qoç
Özünü idarəetməni saxlamağı bacarmaq vacibdir. Günün birinci yarısında neqativ emosiyalardan qaçmaq çətin olacaq, lakin siz buna imkan verməsəniz tezliklə vəziyyət yaxşıya doğru dəyişəcək. Onların səbrinizi qəsdən tarıma çəkməsi kimi görünə bilər.
Axşam yaxınlaşdıqca siz özünüzü ələ almaq, konstruktiv mövqeyə köklənmək, əvvəllər ancaq orada problemlər gördüyünüz yerlərdə yeni imkanlar görmək daha asanlaşır. Günün ikinci yarısı idmanla məşğul olmaq və fiziki iş görmək üçün uyğundur.
Buğa
Səhər çətin keçir, xoş olmayan anların olması da mümkündür. Narahatlıq və həyəcan üçün çoxlu səbəb yaranır, emosiyaları ələ almaq çox çətindir. Ən həssas Buğalar həmçinin çox şübhəli olurlar və yaxınlarını etibarsızlıqla təhqir edə bilər.
Vaxt keçdikcə vəziyyət yaxşılığa doğru dəyişir, əhval yüksəlir. Yeni maraqlı işlər ortaya çıxır. Qeyri-adi, mötəbər insanlarla tanış olmaq, onlarda xoş təəssürat yaratmaq imkanı olacaq. Pulla ehtiyatlı olmaq və maliyyə məsələlərinə aid qərarlarınızla tələsməmək lazımıdr: xətalara yol verə bilərsiniz.
Əkizlər
Gün uğurludur. Bəzi çətinliklər yarana bilər, lakin siz onların öhdəsindən gələcəksiniz. Yolda yaranan istənilən maneəni dəf etmək üçün gücünüz və enerjiniz kifayət qədərdir. Gözlənilməz tanışlıqlar istisna deyil. Əgər maraq göstərsəniz və təşəbbüskarlıq göstərsəniz onların davamı romantik məna kəsb edə bilər.
İş görüşləri üçün əlverişli gündür. Onlar uğurlu olacaq, siz yeni müttəfiqlər tapacaqsınız. Karyera inkişafı və ya müttəfiqliyin başlanması istisna deyil, onların hesabına qarşınızda yeni qapılar açılacaq.
Xərçəng
Bu gün sizi tamamilə yeni işlər və layihələr maraqlandıra bilər. Nə qədər onlar fantaziya və yaradıcılıq tələb edirlərsə, bir o qədər də siz məşğul olursunuz, daha çox güc və enerji sərf etməyə hazırsınız. Əhvalı yüksəldəcək, adi şeylərə fərqli baxmağa kömək edəcək insanlarla görüş, xoş tanışlıqlar mümkündür.
İş daha çox ola bilər. Birdən birə inanılmaz nəticəyə bel bağlamaq olmaz. İndi siz gələcəyini üçün əziyyət çəkirsiniz. Bunu unutmayın və səbrli olun.
Şir
Öyrənmək və ətrafı genişləndirmək, həmçinin formalaşmış vərdişləri dəyişməyə cəhd etmək və həyatınızda çoxdan vacib rol oynayan şeylərə yeni baxışı formalaşdırmaq üçün əlverişli gündür. İşdə fikrinizi cəmləşdirmək asan olmaya bilər, lakin siz bunu etsəniz, çoxdan baş sındırdığınız məsələləri həll edəcəksiniz.
Yeni ideyalar yaranır. Onlar barədə bir kəslə müzakirə etməzdən əvvəl yaxşı düşünün. Uğurlu təsadüflər mümkündür, onların hesabına maliyyə problemlərini həll etmək, gəlirləri artırmağa nail olmaq mümkündür.
Qız
İşlər əvvəlindən daha çətindir, lakin siz davam gətirirsiniz və fikirləşdiyinizdən imtina etmirsiniz. Mübahisə etmək, öz fikrində qalmağa məcbur olursunuz. Bunu sakitcə, təxribata uymadan etməyə çalışın. Yadda saxlayın ki, indi çox şey hətta gərgin vəziyyətlərdə belə sizin ruhi tarazlığınızı saxlamaqdan asılıdır.
Pulla risk etməyin. Kimsə sizi asan qazanmaqla maraqlandıra bilər, şübhəli işlərə qoşa bilər. Lakin maliyyə ilə əlaqədar bütün məsələlərdə ehtiyatlı olmaq lazımdır.
Tərəzi
Bəzi çətinliklərə baxmayaraq günü uğurlu hesab etmək olar. Sizi nadir məqsədə yönümlülük fərqləndirir və düzgün yanaşmanın hesabına siz məqsədlərinizə nail olacaqsınız. İnsanlarla ümumi dol tapmaq hər zaman asan olmur. Elə görünür ki, insanlar tərfidən daha çox sizi tənqid edir. Lakin açıq konfliktdən qaçmaq mümkün olacaq.
Həmfikirlərin axtarışı üçün pis gün deyil. Onları sız hətta gözləmədiyiniz yerlərdə tapacaqsınız. Qadınlarla ünsiyyət xeyirli olacaq: onlar sizi dəstəkləyəcək, həvəslə təcrübələrini paylaşacaq, yaxşı məsləhətlər verəcək.
Əqrəb
Gərgin anlar kifayət qədər çox olacaq, lakin hər zaman mənəvi tarazlığı qorumaq mümkün olacaq. Ətrafdakılarla yola getmək daha çətindir. Buna görə də istənilən vacib söhbətlərə xüsusi ehtiyatlılıqla yanaşın ki, həmsöhbətinizin xətrinə dəyməməyə çalışın. Pula, köhnə borclara, yerinə yetirilməmiş öhdəliklərə görə mübahisələr mümkündür.
Hissələrin öhdəsindən gəlməyə yaxşı tanış iş kömək edir. Siz onun öhdəsindən yaxşı gəlirsiniz və yorulmursunuz. Çoxdan başladıqlarınız işlərə qayıtmaq şansı var, onları bitirmək mümkün olacaq.
Oxatan
Yüngül və xoş gündür. Daha əvvəl yaranmış bəzi problemləri həll etmək, xətaları düzəltmək, mübahisə etdiyiniz insanlarla münasibətləri bərpa etmək şansı olacaq. Uğurlu danışıqlar mümkündür. Sizin cəsarətli ideyalarınızı reallaşdırmağa kömək edəcək insanları tapacağınız istisna deyil. Müştərək iş daha böyük dostluğun başlanğıcına çevrilə bilər.
Uğurlu, həmçinin böyük alış-veriş mümkündür. İntuisiya çox vaxt nəyə pul xərcləmək lazım olduğunu göstərir. Günün sonunda ciddi yüklənmələrdən qaçmaq lazımdır – onlar baş ağrıları və yuxusuzluğa səbəb ola bilər.
Oğlaq
Günün başlanğıcı nisbətən sakitdir. Ciddi uğur qazanmaq çətin olacaq, lakin vaxtınızı xoş keçirəcəksiniz, maraqlı insanlarla görüşə və yeni şeylər öyrənə biləcəksiniz. Son zamanlar sizi narahat edən iş məsələlərini həll etmək imkanı olacaq. Daha əvvəl yola getmədiyiniz həmkarınızla ümumi dil tapacağınız istisna deyil.
Günün ikinci yarısı görüşlər, danışıqlıqlar, əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün uyğundur. Son zamanlar darıxdığınız köhnə tanışlarla ünsiyyətdə olmaq imkanı olacaq.
Dolça
Gün çətin keçəcək. Qarşınızda hansı məqsəd qoymağınızdan asılı olmayaraq, onlara qısa zamanda nail olmaq mümkün olmayacaq. İstənilən şəraitdə etibar etməyə adət etdiyiniz insanlarla fikir ayrılıqları mümkündür. Çox vaxt kömək əldə etməli olduğunuz məsələləri tək həll etməli olacaqsınız.
Ətrafdakılar daha çox sizin işlərinizə qarışır və çox vaxt bunu xoş niyyətlə etmirlər. Onlara qarşı çıxmağa, öz maraqlarınızı qorumağa hazır olun. Böyük alış-veriş etmək, vacib maliyyə məsələlərini həll etmək məsləhət deyil. İndi siz çox diqqətli deyilsiniz, bu itkilərə səbəb ola bilər.
Balıqlar
Uğur qazanmaq üçün əzmkarlıq və məqsədyönlülük lazımdır. Bu keyfiyyətləri göstərmək səhər daha asan olacaq, çünki günün birinci yarısı ikincidən daha uğurlu olacaq. Vaxt keçdikcə işlərdə fikrinizi cəmləşdirmək çətinləşir, dərhal icra etmək istəyəcəyiniz istəklər ortaya çıxır.
Günün sonunda sakitliyi saxlamaq asan olmayacaq. Siz istənilən hərəkətə kəskin reaksiya verəcəksiniz, başqa vaxt heç diqqət yetirmədiyiniz şeylərə görə küsəcəksiniz. Ailədə anlaşılmazlıqlar mümkündür.


Paylaş:


Müəllif : Tarix:
22-02-2018, 00:00
  


loading...
Загрузка...