X
Ulduz enerjisindən elektrik cərəyanı alınacaq » Regionxeberleri.com Ulduz enerjisindən elektrik cərəyanı alınacaq » Regionxeberleri.com

reklam
» » Ulduz enerjisindən elektrik cərəyanı alınacaq

reklam

Ulduz enerjisindən elektrik cərəyanı alınacaq

Massaçusets texnologiya universitetinin fizikləri “Commonwealth Fusion” şirkəti ilə birgə qarşıdakı 15 il ərzində termo-nüvə reaktoru yaratmağı planlaşdırır.  
Bu barədə “Popular Mechanics” məlumat yayıb.
Sözü gedən kompleksdə ulduzların nüvəsində gedən proseslərə bənzər termo-nüvə sintezinin həyata keçiriləcəyi bildirilir.  Bu məqsədlə alimlər “YBCO” – itrium-barium-mis oksidindən hazırlanmış yüksək ötürücülük qabiliyyəti olan maqnitlərdən istifadə edəcək.
Yeni texnologiya “Sparc” eksperimentinin gedişatında sınaqdan keçiriləcək.  Bu məqsədlə, son dərəcə yüksək hərarətli plazmanın saxlanılması üçün toroidal kamera yaradılacaq.
Tədqiqat qrupu sınaqlarda ilkin olaraq yüz meqavat elektrik enerjisi almağa çalışacaq. Sınaqlarda müvəffəqiyyət əldə olunsa, alimlər daha iri, 200 meqavat enerji hasil etməyə imkan verən termo-nüvə reaktoru inşa etməyi planlaşdırır.


Paylaş:


Müəllif : Tarix:
12-03-2018, 22:35
  


loading...