X
Qalmaqallı iş adamı ilə bağlı yeni iddia - 706 min manatı qaytarmır » Regionxeberleri.com Qalmaqallı iş adamı ilə bağlı yeni iddia - 706 min manatı qaytarmır » Regionxeberleri.com

reklam
» » Qalmaqallı iş adamı ilə bağlı yeni iddia - 706 min manatı qaytarmır

reklam

Qalmaqallı iş adamı ilə bağlı yeni iddia - 706 min manatı qaytarmır

Sabirabad rayon sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Poladtoğay kəndində yaşayan Səfərova Səadət Sultanəli qızı bildirib ki, iş adamı Azadxan Xanməmmədov bir müddət əvvəl ondan “Bauver 20 H” və “Soulmec SR 30” markalı ağır tikinti texnikalarını alsa da, ödəməli olduğu 706 min manatı verməkdən boyun qaçırıb.

Qeyd edək ki, bir müddət əvvəl iş adamı Xanməmmədov Azadxan Allahqulu oğluna qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha əvvəl isə o, xuliqanlıq əməlində təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.


Paylaş:


Müəllif : Tarix:
12-03-2018, 23:03
  


loading...