X
Xınalıqda qarın hündürlüyü 25 santimetrə çatıb - FOTOLAR » Regionxeberleri.com Xınalıqda qarın hündürlüyü 25 santimetrə çatıb - FOTOLAR » Regionxeberleri.com

reklam
» » Xınalıqda qarın hündürlüyü 25 santimetrə çatıb - FOTOLAR

reklam

Xınalıqda qarın hündürlüyü 25 santimetrə çatıb - FOTOLAR

Qubanın Xınalıq kəndində qarın hündürlüyü 25 santimetrə çatıb.

Martın 12-si gecə saatlarından başlayaraq yağan qar Azərbaycanın şimal rayonlarının dağlıq ərazilərində temperaturun mənfi 4-13 dərəcəyədək aşağı düşməsinə səbəb olub.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, ən aşağı temperatur (-13) Qubanın Qırız kəndində qeydə alınıb. Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 3-25 santimetrə çatır. Qusarın rayon mərkəzində qarın hündürlüyü 5, Xızının Altıağac qəsəbəsində isə 9 santimetr təşkil edir.

Qarın yağması şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda müəyyən çətinliklər yaratsa da, bütün istiqamətlərdə avtomobillərin hərəkəti təmin olunub. (AzərTAc)

 


Paylaş:


Müəllif : Tarix:
13-03-2018, 11:13
  


loading...