reklam
» » Rəsmi nikah, molla kəbini, vətəndaş evliliyi və ...Dində qızların evililik yaşı:

reklam

Rəsmi nikah, molla kəbini, vətəndaş evliliyi və ...Dində qızların evililik yaşı:

 
15-17 yaşında yeniyetmə qızların dünyaya gətirdiyi uşaqlar çox az hallarda sağ qalır. Sağ qalsa belə onlar öz yaşıdlarından nisbətən fərlqənirlər. Erkən nikaha girən qızların hamilə qalması həm qızın orqanizmi üçün ziyandır, həm də onlar hamiləlik kimi müərəkkəb prosesi axıra qədər apara bilmirlər.
Uşaq yaşda evləndirmə ənənəsi Xristianlar arasında da məşhurdur. 11 yaşındakı Destaye Amare Ortadoks kilsəsinin rahibiylə evlənir. Efiopiyada Ortadoks rahiblər uşaq yaşda qızlarla evlənmək məcburiyyətindədirlər.
Araşdırmalara görə Azərbaycanın qərb bölgəsindəki rayonlarda azyaşlı qızların ərə verilməsi halları artıb.Sözügedən rayonların əksər məktəblərində 14-15 yaşında qızlar dərsə gəlmirlər. Onlar ya ərə verilib, ya da nişanlıları onların təhsillərini davam etdirməyə icazə vermir. Azyaşlı qızın təfəkkürü inkişaf etmədiyindən, hansı seçimin düzgün olması barədə qərar verə bilmir. Acınacaqlıdır ki, bu halı məktəb rəhbərliyi bilsə də mübarizə aparmır.
Belə yaşda qızların ərə verilməsi düzgün deyil. Məsələn qadında uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə və ya anormal uşaq dünyaya gələ bilər. Bundan başqa qızlar qadınlıq və analıq dövrlərində yaşı az olsa belə onlarda qadınlaşma, püxtələşmə prosesləri başlayır. Beləliklə orqanizmdə harmonal balanslaşma pozulur. Bu da qadının tez yaşlanmasına və xəstəliklərə tutulmasına səbəb olur. Bundan başqa, tibbə də məlumdur ki, analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub. Qızlar uşağı böyütməyə qadir olmalıdır. Hətta ailə anlayışını dərk edə bilməyən qızlar uğurlu ailəyə sahib ola bilmirlər.
Dövlət tərəfindən ailə evliliyinin müddəti müəyyənləşib. Bu, qızlar üçün 17, oğlanlar üçün 18 yaşdır.Amma buna baxmayaraq hələ də,«Erkən nigahlar və insan hüquqlarının pozulması» prosesi davam etməkdədir.
Ümumiyyətlə, İslam dinində bir çox alimlər qızların evlilik yaşının elə 9 yaşdan məqbul sayıldığını iddia edirlər. Alimlər bu fikrin arxasında dayanmaq üçün bir neçə dəlili əsas götürürlər:İçinizdən evli olmayanları, evləndirin” (“Nur” surəsi, 32-ci ayə) ayəsində hər hansı bir yaş məhdudiyyəti qoyulmur. Bu da yetkinlik çağından öncə də evlənməyin mümkün olduğunu göstərir.
Həzrəti Aişənin sözləri: “Mən 7 yaşımda olanda Həzrəti Peyğəmbər mənimlə evləndi, 9 yaşımda da mənimlə bir yerdə oldu (Neytul-Evtar kitabından)
İslam alimləri həzrəti Aişənin 9 yaşında evlənməsini iki şəkildə dəyərləndirilir:
“Birincisi, ərəblərdə qız uşaqları adət gördükdən sonrakı yaşları ilə tanınır. Rəvayətlərdə keçən məlumatları buna görə dəyərləndirmək lazımdır. Bundan əlavə Həzrəti Aişənin 17-18 yaşlarında evləndiyini göstərən sənədlər də var.
İkincisi, əgər bu bilgiləri dövrə uyğun olaraq düşünsək, o zamanın adətlərinə uyğun olaraq bu tamamilə normal bir hal olaraq dəyərləndirilməlidir”.
Bəs İslama görə qızlar neçə yaşda evlənə bilər? İslam dinində belə adət var ki, qız ayağa durur və onun üstünə möhkəm şəkildə papaq atırlar. Əgər qız yıxılsa, ərə getmək vaxtı gəlməyib deməkdir. Yıxılmasa ərə gedə bilər. Yəni,bu qızın fiziki durumundan asılıdır.
Amma 9 yaşından qızın ərə verilməsi məsələsinin İslamda olduğu doğrudur. Məhəmməd peyğəmbərimiz, Əbu Bəkrin qızı Həzrəti Aişə ilə qız 9 yaşında olanda evlənib. Deyilənə görə, 9 yaşında olan qızla kişi kimi əlaqədə olmayıb.12 yaşında cinsi əlaqədə olub. Amma 9 yaşından onu öz xanımı kimi evinə gətirib.
9 yaşında İslamda ərə getmək məqbul hesab olunur. İslam dövlətlərinin bir çoxunda müəyyən bir hədd qoyulub. Bu hədd 16 yaşdan yuxarıdır. Bu dövlətlərə Misir, Suriya, Əlcəzair də daxildir. Dini nöqteyi-nəzərdən götürsək 9-12 yaşından evlənmək mümkündür. Bizim cənub rayonlarında ERKƏN yaşında ərə gedən qızlar çoxdur. Hətta demək olar ki, onların sayı 70%-ə qədərdir.
Fizioloji nöqteyi-nəzərdən 9 yaşında qızın ərə getməsi ona görə doğru hesab olunur ki, evlilik fiziki cəhətdən ona mənfi təsir edə bilməz. Sadəcə olaraq 9 yaşından 12 yaşına qədər qız uşağı hamilə qala bilmir. Hətta Ayətullah Lənkəraninin kitabında vaxtilə yazılıb ki, 9 yaşında və 60 yaşında olan xanımlarla evlənib sonra onları tez də boşamaq olar. Çünki evləndikdən sonra 3 ay gözləməlisən ki, xanımın hamilə olub-olmadığını müəyyənləşdirəsən. 9 və 60 yaşında olan xanımlar isə əksərən hamilə qalmırlar.
Dünyanın bir sıra ölkələrində ailə həyatı quranların heç də hamısı rəsmi nikaha girmirlər. Qərb ölkələrində ilkin nikahlar rəsmiləşdirilsə də, qısa müddətdən sonra onların çoxu pozulur. Və qeyri-rəsmi nikahla yaşayanların sayı artır. Müsəlman ölkələrində isə fərqli ənənələr mövcuddur. Buradakı qaydalara görə, nikahsız yaşamaq doğru sayılmır. Amma rəsmi nikaha girmədən də ailə qurmaq, birgə yaşamaq mümkündür. Artıq Azərbaycanda da VVAQ-da qeydiyyatdan keçməyən ailələrin sayı çoxalmaqdadır. Sovet dövründə vətəndaşların mütləq əksəriyyəti VVAQ qeydiyyatında durmaqla kifayətlənirdi, çünki qanunlar qeyri-rəsmi nikah bağlamağı qadağan edirdi. Amma indi əksər azərbaycanlı ailələr rəsmi nikahla bərabər kəbin kəsdirməyi vacib sayırlar. Mövcud qanuna görə, qızlar 17, oğlanlar isə 18 yaşın tamamında evlənə bilər. Amma ölkənin bir sıra, xüsusən də cənub bölgələrində qızları daha erkən yaşlardan ərə vermək halı geniş yayılıb. Bu zaman yaş xüsusiyyəti vətəndaş nikahı bağlamağa imkan vermədiyindən, evlilik dini nikah bağlanması ilə gerçəkləşir. Bu isə o deməkdir ki, qanunsuz erkən nikahların yayılmasında xüsusi rol oynayanlardan biri də məhz dini nikah amilidir. Dini nikahı, adətən mollalar, din xadimləri təsdiqləyirlər.
DİNİ KƏBİNLƏRİN RƏSMİ NİKAHLARDAN ƏSAS FƏRQİ NƏDİR? Bu gün Azərbaycanda yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanılan nikahlar hüquqi əhəmiyyət kəsb edir. Amma buna baxmayaraq, ölkədə mollalar da dini kəbinlər kəsirlər. Dövlət tərəfindən qeydiyyata alınan nikahlardan fərqli olaraq, dini kəbinlər ərəbcə olduğundan kağıza nə yazıldığı əksərən başa düşülmür. Ümumiyyətlə, əgər dövlət tərəfindən nikahın qeydiyyatı aparılır və hüquqi cəhətdən də bu üsula üstünlük verilirsə, onda mollaların kəsdiyi kəbinin əhəmiyyəti nədən ibarətdi?
Qanunvericiliyə görə, dini nikahın heç bir hüquqi əhəmiyyəti yoxdur: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.5-ci maddəsinə görə, indi kəbin kəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Kimsə kimləsə dini nikaha girirsə, Azərbaycan dövləti onun heç bir hüquqi əhəmiyyətini tanımır. Sabah onlar (ər-arvad) arasında hər hansı bir mübahisələrdə, yəni ərin arvada, arvadın ərə münasibətində, həmçinin vərəsəlik münasibətdə həmin nikahın heç bir hüquqi əhəmiyyəti olmur. Azərbaycanda yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanılmış nikahlar hüquqi əhəmiyyət kəsb edirlər. Bu funksiyanı da Azərbaycanda əvvəllər Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbələri rayonlarda həyata keçirirdilər. İndi bu şöbələr sadəcə Qeydiyyat şöbələri adlandırılır. Yəni bu QEYDİYYAT ŞÖBƏLƏRİNDƏ BAĞLANILAN NİKAHLAR HÜQUQİ ƏHƏMİYYƏT DAŞIYIR
İndiki halda əgər şəxslər dini nikaha girib, amma müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməmişlərsə, onlar bu gün məhkəmələrə müraciət edib tərəflərindən bağlanılmış dini nikahın tanınmasını məhkəmədən tələb edə bilməzlər. Belə bir nikah məhkəmə tərəfindən tanına bilməz. Yalnız əgər bu nikahlar 8 iyul 1944-ci ilə qədər bağlanılıbsa, belə nikahlar tanına bilər və indi də belə nikahların tanınması prosesi məhkəmələrdə həyata keçirilir: "Sual oluna bilər ki, nəyə görə? Ona görə ki, kimlərinsə uşaqları sağdır və onlar məhkəməyə müraciət edirlər ki, onun atası-anası 8 iyul 1944-ci ildən əvvəl dini nikah münasibətinə girmişlər. Məhkəmədə həmin dini nikah münasibətinin tanınması barədə qətnamə çıxarmasını xahiş edirlər. Bu onlar üçün vərəsəlik yolu ilə əmlakların əldə olunmasında hüquqi əhəmiyyət kəsb edir. İndiki halda, yəni 8 iyul 1944-cü ildən sonra məhkəməyə dini kəbin kəsmənin tanınması barəsində müraciət etmək qeyri-mümkündür və məhkəmələr belə nikahın tanınması barədə qətnamə çıxara bilməz. Əgər ərlə arvad dini kəbin kəsdirmişlərsə, vərəsəlik açılanda onlara - ər arvadın miras əmlakına görə, arvad ərin miras əmlakına görə vərəsə olmasında çətinlik törənir. Övladlar üçün də müəyyən problemlər yaranır. Çətinlik nədən ibarətdir? Yəni anaya münasibətdə hər bir halda övlad ananın varisi kimi çıxış edir.

ATA İLƏ ANANIN QANUNİ NİKAH MÜNASİBƏTİ YOXDURSA
və atalıq qanunla müəyyən edilmiş şəkildə tanınmamışdırsa, onda övladlar üçün atanın miras əmlaka münasibətdə problemləri olacaq. Belə halda ən azı məhkəmə qaydasında atalıq tanınmalıdır ki, həmin övlad atasının miras əmlakını varis kimi qəbul edə bilsin".
İslam dini də hüquqi yolla nikahın tərəfdarıdır: Dini kəbinlərdə heç bir xüsusi ifadə yazılmalı deyil. Həmin kəbinlərdə iki tərəfin və yaxud onların vəkillərinin iştirakı ilə hakim tərəfindən nikaha girənlərin bir-birilərini ər-arvad qəbul etməsi razılığı təsdiqini tapmalıdır. Burda başqa bir şey yoxdur. Amma islama görə, kəbinin 6 şərti var: qız, oğlan, hər iki tərəfin razılığı, mehr, şahidlər və bir də elan. Yəni bunlar olandan sonra islamda kəbin yerinə yetirilmiş sayılır. Nikah mərasimində hər iki tərəfin iştirak etməsi daha məqsədəuyğundur.
İSLAMDA DİNİ KƏBİN VƏ RƏSMİ NİKAH ANLAYIŞI YOXDUR
İslam dinində bir cür kəbin olub. O da nə dini olub, nə də rəsmi. Sadəcə, evlilik üçün nəzərdə tutulub. Kəbində əsas məqsəd qız və oğlanın ailə həyatı qurması, sonrakı mərhələdə nikahın hüquqi baza üzərində qurulması, bu evliliyin davam etdirilməsi, gələcəkdə ailədə münaqişələr baş verərkən hər iki tərəfin hüquqlarının qorunmasından ibarətdir. Yəni kəbin dünyaya gələn uşaqların valideynlərinin bilinməsi və onların yaşamasına hüquqi baza, eləcə də məskənlərinin olması üçün də vacibdir. Bu gün hər hansı şəxslər dövlət qeydiyyatına gedib nikah qeydiyyatından keçərkən oğlan tərəfi də qadına verəcəyi mehr miqdarını müəyyənləşdirirsə, bu həm dini kəbindir, həm rəsmi kəbindir, həm də islamın istədiyi yeganə kəbin anlayışıdır. İnsanların ailə həyatında problem olur və boşanmaq qərarı verilirsə, onlar məhkəməyə müraciət edirlər, yoxsa mollaya? Əlbəttə, məhkəməyə. Ona görə də məsələnin ilkin variantı elə qoyulmalıdır ki, problemlər ortaya çıxdıqda bunun hüquqi tərəfi də olsun. Sabah qadının da hüququ pozulmasın. Əgər dini kəbinə görə, qadının hüququ pozulacaqsa, onda islamın hansı ədalət prinsipindən danışmaq olar? İslam ədalət dinidir və hər iki tərəfin haqqını bərpa edir.
İSLAM DİNİ DƏ HÜQUQİ YOLLA NİKAHIN TƏRƏFDARIDIR
Sadəcə, orada mehr müəyyənləşdirilməlidir. Bu bizdə verilən başlıq pulu deyil. Bu, qadına verilən mülkiyyət haqqıdır. Bu gün islamda dini ierarxiya olmadığına görə, gedib mollaya, guya Allahın nümayəndəsiymiş kimi, nikah kəsdirməkdənsə, hüquqi bazası olan dövlətin nikah qeydiyyat şöbəsində nikah bağlamaq həm islamın prinsiplərinə, həm də hüququn əsaslarına uyğundur". İlahiyyatçı bildirib ki, molla kəbini olmayanları qınayan bəzi ağsaqqallar birincisi, bunu bilənlərdən soruşmalıdırlar: "Quranda da "bilənlərdən soruşun" deyilir. Əgər bunu bilən ilahiyyatçılar həqiqi mənada, yəni dindən sui-istifadə etməyib danışanlar bilirlər ki, dövlət qeydiyyatından keçən həmin nikahların hüquqi bazası olduğuna görə, əvvəllər kəsilən dini kəbini də əvəzləyir. Belə olduğu halda nikahın heç bir dini tərəfi yoxdur. Əgər kimsə dini kəbinsiz dünyaya gələnlərə "bic", "vələdüzna" deyirsə, bu tamamilə yalnış bir şeydir. Bu, insanları dindən istifadə edib günahlandırmaqdır. Bu gün dinin adından istifadə edib müvəqqəti evlilik qurulması anlayışını düzgün forma sayırlarsa, problem o insanların özlərindədir. Son olaraq deyim ki,İNSANLARIN QINAĞINDAN YOX, ALLAHIN QINAĞINDAN ÇƏKİNMƏK LAZIMDIR.Çünki islamda əsas olan ümumi prinsiplərdir, şəxslərin ayrı-ayrılıqda plan fikirləri deyil".
Şəhla Məmmədova artıq iki ildir ailə həyatı qurmağına baxmayaraq, nikahını rəsmiləşdirməyib. Həyat yoldaşı ilə molla kəbinində yaşayır: "Mən ailə qurduqdan sonra yoldaşımla Bakıya köçmüşük. Artıq iki ildir bir yerdəyik. Molla kəbini ilə evli olmağı normal qəbul edirəm. Bugünədək heç bir problem yaşamamışıq. Sadəcə son zamanlar övladımızı xəstəxanaya aparanda şəhadətnamə istəyirlər. Biz isə onu hələ almamışıq. Deyilənə görə, bunun üçün mütləq rəsmi dövlət orqanında qeydiyyat lazımır. Övladımıza şəhadətnamə almaq üçün, yəqin ki, yaxın vaxtlarda nikahımızı rəsmiləşdirərik".
Erkən nikaha girənlər çox vaxtı öz münasibətlərini molla kəbini ilə həll edirlər. Bunlar yolverilməzdir: "Şəxsən mən də molla kəbini ilə olan nikahlara qarşıyam. Nikahlar mütləq dövlət qeydiyyatından keçməlidir. Bu münasibətlər mütləq qanuniləşməlidir.
Şeyxülislam həzrətlərinin, dövlət kəbini olmadan, molla kəbini kəsilməsinə icazə verilməməsi barədə fətvası var: "Bu, tamamilə normal və təqdirəlayiq addımdır. Çünki Azərbaycan dünyəvi dövlətdir vəMOLLA KƏBİNİNİN BURADA HEÇ BİR HÜQUQİ ƏSASI YOXDUR.
Bununla belə heç kim molla kəbininin kəsilməsini qadağan etmir, sadəcə, dövlət kəbini olmadan molla kəbininin kəsilməsi əsassızdır: Bu məsələyə təkcə dövlət qurumları, Qafqaz Müsəlmanları İdarəsi yox, valideynlər, hətta nikaha girən gənclər də ciddi yanaşmalıdırlar. Əks təqdirdə, onlar gələcəkdə ciddi hüquqi problemlərlə üzləşə bilərlər.
Molla kəbini ilə ailə quranların əksəriyyəti dini inancları olanlardır. Təbliğata baxmayaraq, gənclər hələ də rəsmi qeydiyyatdan keçmək istəmirlər. Bu isə ailədə müəyyən problemlərin yaranmasına səbəb olur. Yeni doğulan uşaq üçün sənəd alarkən atalıq müəyyənləşdirilməlidir. Ailə dağılarkən isə qadın əmlakdan məhrum edilir. Halbuki dövlət kəbini olmadan molla kəbininin kəsilməməsi üçün dəfələrlə müraciətlər edilib. Araşdırmalar sübut edir ki, gənclər arasında aparılan maarifləndirmənin səviyyəsi aşağıdır". Mərkəz rəhbəri bildirdiyinə görə, bu məsələdə dini faktor mühüm rol oynayır. Qanun erkən yaşda nikaha icazə vermədiyi halda mollalar bunu kəbin kəsməklə reallaşdırırlar. Nəticədə həmin qızlar bir neçə il ailə həyatı yaşadıqdan və nikah yaşına çatdıqdan sonra nikahı rəsmiləşdirə bilirlər. Bu zaman həmin MOLLALARIN HÜQUQİ MƏSULİYYƏT MƏSƏLƏSİ HEÇ KİMİ MARAQLANDIRMIR.
Yaxşı olardı ki, qeydiyyat orqanları belə hallar barədə hüquq-mühafizə orqanlarını məlumatlandırsınlar. Cinayət Məcəlləsində isə mollaların azyaşlı qızlara kəbin kəsməsini qadağan edən maddə yoxdur. Belə bir maddənin qanunvericiliyə salınması dəfələrlə təklif olunsa da, həyata keçməyib.Azyaşlı qızların hüquqlarının pozulmasına görə mollalardan daha çox valideynlər məsuliyyət daşıyır. Ona görə də valideynlər barəsində də azyaşlı qızı təhsildən yayındırıb məcburi ərə verdiyinə görə hüquqi məsuliyyət müəyyən edilməlidir. Bu hal qanunvericilikdə zorakılıq kimi təsbit olunmalıdır: Bu problem Azərbaycanın bütün bölgələrində var. Cənub bölgəsində bu problemi dini mühitlə əlaqələndirirlər. Amma digər zonalarda adət-ənənə ilə izah edilir. Azyaşlı qızı nikaha vadar edən həm mollalar, həm də valideynlər məsuliyyət daşıyırlar. Qızın razılıq verib-verməməsindən asılı olmayaraq, bu, zorlama aktı hesab olunur. Mollalar dini kəbini təsdiq etməklə cinayətdə vasitəçi rolunu oynayırlar. Amma burada əsas cinayətkar valideynlərdir. Çünki bu proses qızın valideynlərinin razılığı ilə həyata keçirilir. Valideynlər cinayətin baş verməsinə şərait yaradırsa, qanun qarşısında birinci cavab verməlidirlər. Ailə Məcəlləsində valideynlərin vəzifələri göstərilib. Bu vəzifələr uşağa təhsil vermək, sağlam böyütməkdir. Yetkinlik yaşına çatmayan qızları kəbinlə ərə verən əksər mollalar Qafqaz Müsəlmanları İdarəsində qeydiyyatda deyil: "Bir neçə il bundan əvvəl Şeyxülislam tərəfindən bütün məscidlərə qərar göndərilib ki, rəsmi nikah olmadan kəbin kəsməsinlər. Bildiyimə görə, buna riayət edilir. Yəni məscidlərdə belə problem yoxdur.PROBLEMİ YARADANLAR FƏRDİ QAYDADA FƏALİYYƏT GÖSTƏRƏN MOLLALARDIR.Az qala hər bir məhəllənin özünün bir mollası var ki, onlar da Qafqaz Müsəlmanları İdarəsində qeydiyyatda deyil. Həmin mollalar qanunsuz kəbin kəsməklə cinayətə yol verirlər. Qafqaz Müsəlmanları İdarəsi də onlara cavabdeh deyil. Çünki bu mollalar QMİ-nin əməkdaşı deyil.
Əslində, molla kəbininin də yaxşı tərəfləri var və onlara əməl edilsə, tərəflərin hüquqlarını qorumaq olar. M.Zeynalova Azərbaycan Konstitusiyasında nikah hüquqları haqda qanunvericilik aktı var və yalnız o, nikah üçün mütləqdir.

Amma ənənələrimizdən də imtina etməli deyilik. Dininə hörmət edən hər bir şəxs kəbin kəsdirməli və onun qaydalarına əməl etməlidir. Molla kəbini ilə qurulan ailələrin sayını azaltmaq üçün yerli idarəetmə orqanlarına gəncləri ər-arvad elan etmək səlahiyyəti verilməlidir: Məsələn, qonşu Türkiyədə bu təcrübə çox uğurlu nəticələr verir. Bu addım xüsusilə kənd yerlərində vəziyyətin düzəlməsinə kömək edə bilər. Çünki belə yerlərdə bələdiyyələr öz ərazisində yaşayan bütün sakinləri yaxından tanıyır, çox vaxt keçirilən toy mərasimlərində də qonaq qismində iştirak edirlər. Deməli, vəziyyətdən də xəbərdar olurlar. Qızlarımız başa düşməlidirlər ki, nikah mərasimi şampan şərabı içib, əl çalmaqdan ötrü deyil və ailə qurarkən rəsmi nikah bağlanmırsa, lap üç gün-üç gecə toy eləsələr də, bu, vətəndaş nikahından heç nə ilə fərqlənmir. Onlar bilməlidirlər ki, ailə hüquqlarının qorunması üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması çox vacibdir.

Vəkil Rövşən Qasımov 


Paylaş:


Müəllif : Tarix:
16-03-2018, 20:59
  


loading...
Загрузка...