reklam
» » Zərdab rayonunda Novruz şənliyi keçirilib

reklam

Zərdab rayonunda Novruz şənliyi keçirilib

Baharın gəlişi və milli bayramımız münasibəti ilə Respublikamızın bütün  regionlarında silsilə Novruz şənlikləri keçirilir. Belə rəngarəng tədbirlərdən biri də Zərdab rayonunda təşkil olunub.Bahar bayramına həsr olunan daha bir tədbir rayonun Heydər Əliyev istirahət parkında keçirilib. Təbiətin oyanışını bildirən səməni və digər novruz atributları ilə əsl bayramsayağı bəzədilən meydanda sərgilənən qədim məişət əşyaları və sənət nümunələri maraqla qarşılanıb. Corab toxuyan, yun darayan, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha yada salıblar.Bahar qızının meydana daxil olması, kosa və keçəlin duzlu məzəli söhbətləri, Dədə Qorqudun müdrik kəlamlar söyləməsi, pəhləvanların məharətlərini göstərməsi və gənc idmançıların çıxışları şənliyi daha da rövnəqləndirib. Meydanda quraşdırılmış tonqallar qalandıqdan sonra milli musiqimizin sədaları altında xalq mahnıları ifa olunub. Meydanda düzənlənən şənlikdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək, Novruz bayramı münasibəti ilə öz təbriklərini çatdırıb. Hər bir ailəyə ruzi, bərəkət, sevinc arzulayan icra başçısı, rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını bir daha yada salıb. Bildirib ki, bundan sonra da rayonun sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaq, tikinti-abadlıq və quruculuq işləri davam edəcək. Bahar bayramı rayon mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqs nümunələri ilə davam edib.

Qənimət Məmmədov











 
 



Paylaş:


Müəllif : Tarix:
18-03-2018, 14:09
  


loading...
Загрузка...