reklam
» » Bakıda şəhid lövhəsi təhqir olunub – FOTO

reklam

Bakıda şəhid lövhəsi təhqir olunub – FOTO

Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub.

Bu haqda Oxu.Az-a şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib.

Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan – Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.

“Bir neçə gün öncə naməlum şəxs lövhənin önünə qoyulmuş gülləri qıraraq yandırıb. Daha sonra isə o, bir neçə fənəri sındıraraq daş üzərində xaç çəkib”, - deyə Xəqani Aslanovun oğlu bildirib.

Baş vermiş hadisə Xəzər rayon Polis Bölməsi tərəfindən araşdırılır.

Həmçinin oxucuların diqqətinə Xəzər rayon Polis Bölməsinin şərhini də çatdıracaq.


 




Paylaş:


Müəllif : Tarix:
18-03-2018, 20:32
  


loading...
Загрузка...