reklam
» » Savçenkonun şokedici videosu: Rada müzakirəyə çıxarır

reklam

Savçenkonun şokedici videosu: Rada müzakirəyə çıxarır

Ukrayna Ali Radası Nadejda Savçenkonun deputat toxunulmazlığının ləğvi məsələsini müzakirəyə çıxaracaq.

Bu sözləri Prezident Poroşenkonun parlamentdəki nümayəndəsi İrina Lutsenko deyib. O bildirib ki, bu səbəbdən Savçenkonun “şokedici videosu”na baxış keçiriləcək:

“21 martda videoya Komitə iclasında baxılacaq. Baş prokuror parlamentdə 4-cü gün olacaq. Pyotr Poroşenko Bkolu hər 3 məsələnin lehinə səs verəcək – Savçenkonun deputat toxunulmazlığının ləğvi, saxlanılması və həbsi. İclasda nümayiş olunacaq video bütün cəmiyyəti şok edəcək”.

Qeyd edək ki, Baş prokuror Yuri Lutsenko Savçenkonu parlament binasında terakt həyata keçirmək istəyində ittiham edib. O, Radaya Savçenkonun deputat toxunulmazlığının ləğvi üçün müraciət edib.

Savçenko bütün ittihamları rədd edib.

Savçenko Donbasda jurnalistlərin qətlində iştirak ittihamı ilə Rusiyada 22 il müddətinə həbs edilib. Məhkəmənin iddiasına görə, o, 17 iyun 2014-cü ildə Luqansk separatçıları və Rusiya jurnalistlərin toplaşdığı məkanın artilleriya atəşinə tutulmasına rəhbərlik edib.

Onun azad olunması üçün Avropa və Ukraynada böyük kampaniyalar aparılıb. Nəhayət, 2016-cı ilin mayında əfv edilən Savçenkonu Poroşenkonun təyyarəsi ölkəsinə qaytarıb. Öz iqamətgahında Savçenkonu qəbul edən Prezident Poroşenko ona Ukrayna Milli Qəhrəmanı adını və medalını təqdim edib.


Paylaş:


Müəllif : Tarix:
20-03-2018, 09:02
  


loading...