X
Aprel ayı və 48 sm qar - Quba qara büründü + Fotolar » Regionxeberleri.com Aprel ayı və 48 sm qar - Quba qara büründü + Fotolar » Regionxeberleri.com

reklam
» » Aprel ayı və 48 sm qar - Quba qara büründü + Fotolar

reklam

Aprel ayı və 48 sm qar - Quba qara büründü + Fotolar


 Aprelin 14-də axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonları ərazisinə güclü qar yağıb.

RegionXeberleri.com  Azərtac-a istinadən xəbər verir ki, dağlıq yaşayış məntəqələrində qarın hündürlüyü 48 santimetrə çatır.

Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 1-6 dərəcəyədək aşağı düşüb.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, şimal bölgəsində ən çox yağıntı rayonun Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 48 santimetrdir. Qubanın Qırız kəndi ərazisində qarın hündürlüyü 28, Xaltanda 12, Qusarın Ləzə kəndində 20, Xızının Altıağac qəsəbəsində isə 16 santimetr olub.






 



Paylaş:


Müəllif : Tarix:
16-04-2018, 00:08
  


loading...