reklam
» » Qəhvənin ürəyə xeyri aşkarlandı

reklam

Qəhvənin ürəyə xeyri aşkarlandı

Avstraliyanın Beyker institutunun alimləri müntəzəm olaraq qəhvə qəbul etməyin ürək üçün təhlükəli olmadığını, hətta  aritmiya tezliyini azaltmağa kömək etdiyini müəyyən edib.

Araşdırmanın nəticələri “EurekAlert” saytında dərc olunub.

Alimlər kofeinlə ürək mədəciyi və qulaqcığında olan ritmik pozuntular arasında əlaqənin olub-olmadığını öyrənmək üçün bu istiqamətdə aparılmış tədqiqatların nəticələrini təhlil edib.

228,465 nəfərin iştirak etdiyi elmi tədqiqatlardan birinə görə, qəhvə içən zaman insanın ürəyində mədə qulaqcığının fibrilyasiyası riski aşağı düşür.

115,993 pasiyentin qatıldığı başqa bir aşadırmada isə qəhvə qəbulu zamanı fibrilasiya tezliyinin 13 faiz azaldığı ortaya çıxıb.

Mütəxəssislərin sözlərinə görə,  qəvhənin insan sağlamlığına ziyan vurmasına dair tək-tük hallar qeydə alınıb. Kofein sinir sisteminin stimulyatoru kimi xidmət göstərir və ürək qulaqcığının fibrilyasiyasına təkan verən adenozinin fəaliyyətinə əngəl olur.

Bundan savayı günə 500 milliqram miqdarda qəhvə qəbulu ürək mədəciyinin aritmiyasına təsir göstərmir. Aparılan təcrübədə infarkt (miokard) keçirmiş xəstələrə gündəlik orta hesabla 353 milliqram kofein verilib və bir müddətdən sonra onların ürək yığılmaları tezliyi normallaşıb.

Ürək mədəciyinin aritmiyasının qalxması yalnız günə 9-10 fincan qəhvə içən insanlarda müşahidə olunub.


Paylaş:


Müəllif : Tarix:
17-04-2018, 22:54
  


loading...