reklam
» » Ucarlı ata Mehriban Əliyevadan kömək istəyir – “Ümidimiz Allaha və Sizədir”

reklam

Ucarlı ata Mehriban Əliyevadan kömək istəyir – “Ümidimiz Allaha və Sizədir”



Ucar rayonu Gəraybəyli kənd sakiini  Abbasov Yusif Ramiz oğlu RegionXeberleri.com saytı vasitəsilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi dərc edirik:

"Bu müraciətimdə yazıb Sizə bildirirəm ki, 13 yaşlı qızım Fidan ayağından sümük xərçəngi xəstəliyinə düçar olub.Buna görə Milli Onkologiya Mərkəzində dəfələrlə müalicə olunub.İran İslam Respublikasına aparmışıq.Türikəyə həkim tam zəmanət verir ki, üstünə tez düşmüsünüz uşağın sağalması mümkündür.Xərcəng xəstəsi olan ayağının sümüyü cərrahiyə əməliyyatı ilə götürülüb plasmas sümük qoyulacaq.Buna görə bizdən 50.000 ABŞ dolları pul tələb olunur ki, buna maddi imkanımız yoxdur.Sürücü işləyirəm qazancım ailəmin dolanışığına güclə çatır.Buna görə çox-çox narahatıq. Balaca Fidan təcili əməliyyat edilməsə həyatını itirə bilər. Ağlamaqdan gözümüzün yaşı quruyub. Allah heç kəsə bala dağı göstərməsin. Ancaq buna baxmayaraq ümidimizi üzməmişik. Ona görə ki, Azərbaycanın Mehriban Əliyeva kimi humanist, mərhəmətli birinci xanımı var. Mehriban xanımın köməkliyi ilə Azərbaycanda çoxlu sayda xəstə uşaqlar müayinə və müalicə olunub, sağlamlıqları bərpa edilmiş, həyatda qalmışdılar.
Bütün bunlar Mehriban xanımın mərhəmətinin, qayğıkeşliyinin nəticəsində həyata keçirilmişdir. Bizim ailəmizdə inanır ki, Mehriban xanımın mərhəməti nəticəsində balaca Nuray təcili əməliyyat olunacaq və həyatda yaşayacaq. Ümidimiz Allaha və Mehriban xanımadır. Mən mətbuat vasitəsi ilə də hörmətli Mehriban xanım Əliyevaya müraciət edirəm.
Hörmətli Mehriban xanım, Sizdən çox-çox xahiş edirəm balaca Fidanın Türkiyədə müalicə olunmasına köməklik göstərəsiniz. Ümidimiz Allaha və Sizədir. Allahdan Sizə uzun ömür, möhkəm can sağlığı və işlərinizdə daima uğurlar arzulayıram.

Əlaqə telefonu; (050) 418-90-97

Bank hesabı; Kapital Bank  AZ 56AllB4101001
                    9440376271177







 


Paylaş:


Müəllif : Tarix:
25-04-2018, 09:31
  


loading...
Загрузка...