X
Ali məktəblərə və kolleclərə sənəd qəbulu yekunlaşır » Regionxeberleri.com Ali məktəblərə və kolleclərə sənəd qəbulu yekunlaşır » Regionxeberleri.com

reklam
» » Ali məktəblərə və kolleclərə sənəd qəbulu yekunlaşır

reklam

Ali məktəblərə və kolleclərə sənəd qəbulu yekunlaşır

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, ərizələrin qəbulu aprelin 30-dək davam edəcək.

Aprelin 27-si saat 09:30-dək olan məlumata əsasən,  78509 abituriyent elektron ərizəsini təsdiq edib.

Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir.

Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2018-ci il mayın 17-dən iyunun 14-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/ erizebak /erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.


Paylaş:


Müəllif : Tarix:
27-04-2018, 11:47
  


loading...