Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı » Regionxeberleri.com Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı » Regionxeberleri.com

reklam
» » Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı

reklam

Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı

Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişikliyi baş verib.

Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Onun yerinə Kənan Məmmədov təyinat alıb.

Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqov Şirvan Gömrük İdarəsinə rəis təyin edilib. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük idarəsinə gətirilib.

Qeyd edək ki, Pərviz Rəhimov azərbaycanlı oliqarx-milyarder İlham Rəhimovun qohumudur.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev mətbuata açıqlamasında qurumda ciddi islahatların aparılacağını bəyan edib.


Paylaş:


Müəllif : Tarix:
4-05-2018, 21:36
  


loading...