reklam
» » Sabaha gözlənilən hava proqnozu açıqlanıb

reklam

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Mayın 8-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 08-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) günəşli hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 14-16 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) günəşli hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 08-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 28-33, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
7-05-2018, 15:27
  


loading...
Загрузка...