X
29 dərəcə isti olacaq » Regionxeberleri.com 29 dərəcə isti olacaq » Regionxeberleri.com

reklam
» » 29 dərəcə isti olacaq

reklam

29 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 25-29,  Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

Mayın 18-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Mayın 18-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Mayın 18-də Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas  insanlar  üçün  əlverişlidir.


Paylaş:


Müəllif : Tarix:
17-05-2018, 13:02
  


loading...