reklam
» » Bakıda yağış, rayonlarda leysan olacaq

reklam

Bakıda yağış, rayonlarda leysan olacaq

Sabah Bakıda və Abşeron yarımadasında səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30,  Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

Mayın 22-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Mayın 22-də ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
21-05-2018, 13:29
  


loading...
Загрузка...