X
DİM qəbul imtahanlarında balların hesablanma qaydasını açıqladı » Regionxeberleri.com DİM qəbul imtahanlarında balların hesablanma qaydasını açıqladı » Regionxeberleri.com

reklam
» » DİM qəbul imtahanlarında balların hesablanma qaydasını açıqladı

reklam

DİM qəbul imtahanlarında balların hesablanma qaydasını açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 13-də II və III, mayın 20-də isə I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirib.

Mərkəz qəbul imtahanlarında iştirak edən abituriyentlərin ballarının hesablanması qaydasını açıqlayıb.

Qaydaya görə, abituriyentin ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar aşağıdakı cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir. Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır:

NB = NBq + NBa
NB – fənn üzrə nisbi bal, NBq – qapalı tipli test tapşırıqları üzrə nisbi bal,
NBa – açıq tipli test tapşırıqları üzrə nisbi baldır.
NBq = 4 x Dq – Yq  (hesablamanın nəticəsi mənfi alınarsa, NBq=0  götürülür),
Dq – qapalı tipli test tapşırıqları üzrə doğru cavabların, Yq – qapalı tipli test tapşırıqları üzrə yanlış cavabların sayıdır.
NBa = 4 x Da  (açıq tipli test tapşırıqları tətbiq olunmayan fənlər üzrə NBa=0 götürülür),
Da – açıq tipli test tapşırıqları üzrə doğru cavabların sayıdır.

İmtahan fənləri və onların ixtisas qrupları üzrə çəki əmsalları


 



Paylaş:


Müəllif : Tarix:
21-05-2018, 21:03
  


loading...