Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb – Böyük tıxac yaranıb » Regionxeberleri.com Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb – Böyük tıxac yaranıb » Regionxeberleri.com

reklam
» » Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb – Böyük tıxac yaranıb

reklam

Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb – Böyük tıxac yaranıb

Çökmə təhlükəsi ilə üzləşmiş Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

 RegionXeberleri.com-un xəbərinə görə, körpünün üzərindən nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir. Hələ ki körpüdən insanların fərdi şəkildə istifadəsinə qadağa qoyulmayıb.

Körpüdə hərəkətin dayanması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralında böyük tıxac yaranıb. Minlərlə avtomobil yolda qalıb.

Hazırda Göyçay çayında sel davam edir. Körpünün dağılma təhlükəsi var.

Qeyd edək ki, iyunun 1-də axşam saatlarından başlayaraq Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.

Göyçay şəhəri, eləcə də Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələrinə, meyvə bağlarına zərər yetirib.

Sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ziyan vurub. Bu gün saat 13:00 radələrində selin təsiri nəticəsində çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü yararsız hala düşüb. Hazırda sel axını davam edir və avtomobil körpüsü çökmək təhlükəsi ilə üzləşib. Artıq körpünün altındakı beton plitələri və mühafizə bəndini sel yuyaraq aparıb. Körpünü üstündəki asfalt qatında iri çatlar əmələ gəlib. Sel suları körpünü silkələyir və insanlar öz avtomobili ilə körpünün üstündən keçməyə qorxur.

Polis əməkdaşları hadisə yerindədir və insanları ehtiyatlı davranmağı və körpünün üstündə qalmamağı məsləhət görür.

RegionXeberleri.com 

   


Paylaş:


Müəllif : Tarix:
2-06-2018, 15:52
  


loading...