Ucar şəhər 4 nömrəli tam orta məktəbdə son zəng tədbiri keçirildi » Regionxeberleri.com Ucar şəhər 4 nömrəli tam orta məktəbdə son zəng tədbiri keçirildi » Regionxeberleri.com

reklam
» » Ucar şəhər 4 nömrəli tam orta məktəbdə son zəng tədbiri keçirildi

reklam

Ucar şəhər 4 nömrəli tam orta məktəbdə son zəng tədbiri keçirildi


Dövlət himninin ifa olunması ilə başlayan tədbirdə aparıcılar mərasim iştirakçılarını salamlayıb onbirinciləri məzun olmaları münasibəti ilə təbrik ediblər. Ucar şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elmira Sultanova qeyd edib ki, tədris ilində 11-ci sinfi 29 şagird bitirib.

Sonra dərs ili boyu qazandığı uğurları və təlim-tərbiyə sahəsində yüksək göstəriciləri ilə fərqlənmiş şagird və müəllimlərə mükafat və diplomlar təqdim edilib.

Tədbirdə çıxış edən müəllimlər məzunlara enişli-yoxuşlu həyatda daim məğrur olmağı, vətənə, millətə sədaqətlə xidmət etməyi tövsiyə ediblər, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

“Son zəng” tədbirində məktəblilərin ifasında müxtəlif rəqs nömrələri və mahnılar səsləndirilib.

Sonda son zəng çalınıb.

Məlumat üçün bildirək ki, məktəbdə 670 nəfər şagirdin təlim-tərbiyəsi ilə 50-ə yaxın müəllim məşğul olur.  

RegionXeberleri.com









 



Paylaş:


Müəllif : Tarix:
14-06-2018, 13:02
  


loading...