X
Magistraturaya ixtisas seçimi müddəti uzadılıb » Regionxeberleri.com Magistraturaya ixtisas seçimi müddəti uzadılıb » Regionxeberleri.com

reklam
» » Magistraturaya ixtisas seçimi müddəti uzadılıb

reklam

Magistraturaya ixtisas seçimi müddəti uzadılıb

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, seçim iyunun 20-si saat 10:00-dək davam edəcək.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.


Paylaş:


Müəllif : Tarix:
14-06-2018, 16:12
  


loading...