X
Komitə sədrindən sahibkarlara çağırış » Regionxeberleri.com Komitə sədrindən sahibkarlara çağırış » Regionxeberleri.com

reklam
» » Komitə sədrindən sahibkarlara çağırış

reklam

Komitə sədrindən sahibkarlara çağırış

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Caspian European Club”un Baş İcraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 S.Mehdiyev “Caspian European Club” daim səmərəli və işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Komitə sədri fiskal siyasətin təkmilləşdirilməsi, gömrük nəzarəti sistemininin və sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, elektron xidmətlərin sayının artırılması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin minimuma endirilməsi və ən əsası şəffaflığın təmin olunması istiqamətində islahatların davam etdiriləcəyini söyləyib. S.Mehdiyev qeyd edib ki, məqsəd xarici ticarətin sürətləndirilərək mal və nəqliyyat vasitələrinin minimum vaxt ərzində maneəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması, biznes subyektlərinə münbit şəraitin yaradılmasıdır.

İndiyə qədər minlərlə sahibkarlarla görüş keçirilərək onların gömrük sistemində tətbiq olunan yeniliklərə münasibətini öyrəndiyini bildirən Səfər Mehdiyev “Caspian European Club” üzvlərinin də təklif və istəklərini dinləyərək nəzərə alacaqlarını vurğulayıb.

Xüsusilə, korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın tam təmin olunması istiqamətində atılan addımlar barədə məlumat verən DGK sədri, indiyə qədər qanunvericiliyin tələblərini pozan onlarla gömrük əməkdaşının ən sərt şəkildə cəzalandırıldığını bildirib, biznes nümayəndələrini də xarici iqtisadi fəaliyyət zamanı qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd əməllərdən çəkinməyə çağırıb. Səfər Mehdiyev onu da bildirib ki, gömrük orqanları daim qanuni ticarəti dəstəkləyəcək, qanunsuz ticarətə qarşı isə qanunvericiliyin tələblərinə uyğun olaraq ən sərt şəkildə mübarizə aparacaq.

Görüşdə iki qurumun üzvlərindən ibarət işçi qrupun yaradılması qərara alınıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi  

 Paylaş   Tweet   Paylaş


Paylaş:


Müəllif : Tarix:
10-07-2018, 21:56
  


loading...