X
Bu olaya dərhal adekvat cavab verilməlidir - Xalq artisti » Regionxeberleri.com Bu olaya dərhal adekvat cavab verilməlidir - Xalq artisti » Regionxeberleri.com

reklam
» » Bu olaya dərhal adekvat cavab verilməlidir - Xalq artisti

reklam

Bu olaya dərhal adekvat cavab verilməlidir - Xalq artisti

Gəncədə baş verənlər Azərbaycan dövlətinə qarşı törədilmiş bir cinayətdir. Bu hadisəni törədənlər heç bir halda cəzasız qalmamalıdır.
Regionxeberleri.com bildirir ki, bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Nurəddin Mehdixanlı Gəncədə baş vermiş iğtişaşla bağlı danışarkən söyləyib. O bildirib ki, Azərbaycana düşmən olan bəzi şəxslər gizli əllərini işə saldılar:
“Baş verənlərin Gəncə və gəncəlilərlə heç bir əlaqəsi yoxdur. Bir qrup cinayətkar Azərbaycanın yüksək rütbəli iki polis zabitini vəhşicəsinə qətlə yetirib. Azərbaycanlının həmvətənini qətlə yetirməsi yalnız düşməni sevindirə bilər. Əxlaqı, vicdanı, mənəviyyatı olan, bu dövləti, milləti özününkü hesab edən heç bir insan bu cür qətl törətməz.
Azərbaycanda dini fanatizmə qətiyyən yol vermək olmaz. Dini fanatizmin olduğu ölkələrin taleyi gözümüzün qabağındadır: hər gün bu ölkələrdə qətllər, anarxiya, dövlət çevrilişləri, özbaşınalıqlar, xaos olur. Bu gün Azərbaycan insanı həmişəkindən daha çox bir-birinin yanında olmalıdır. Bu, çox ciddi hadisədir və adekvat cavab verilməlidir. Azərbaycan qanunları özünün sərt üzünü göstərməlidir. Bu cinayət cəzasız qalmamalı və kökünə qədər qazılmalıdır. Dörd yanımızda bizi istəməyən düşmənlərimizin olduğu bir vaxtda Azərbaycanın daxilində xaosa imkan vermək olmaz. Kimlərsə buna nail ola biləcəklərini düşünürlərsə, səhv edirlər”.
Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və Fərrux Xəqani oğlu Qasımov axtarışa verilib.


Paylaş:


Müəllif : Tarix:
11-07-2018, 15:50
  


loading...