reklam
» » Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edib

reklam

Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edib

 
Bu gün Səhiyyə naziri Oqtay Şirəliyev Ucar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib.

Qəbul zamanı nazir Ucar, Ağsu, Kürdəmir və Göyçay rayon sakinlərinin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib. Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

RegionXeberleri.com



Paylaş:


Müəllif : Tarix:
10-08-2018, 13:52
  


loading...
Загрузка...