reklam
» » Ali məktəblərə keçid balları qalxa bilər? - Video

reklam

Ali məktəblərə keçid balları qalxa bilər? - Video

İyulun 30-dan başlayan ixtisas seçiminin bitməsinə çox az bir müddət qalıb. Bəzi abituriyentlər ixtisaslarını seçsələr də, bəziləri hələ təsdiqləməyib.

RegionXeberleri.com “Xəzər TV”yə istinadən xəbər verir ki, 1, 3 və 4-cü qruplarda rəqabət olsa da, ikinci qrup üzrə keçid ballarını keçənlərin sayı plan yerlərindən də aşağıdı. Yəni ali məktəb tələbəsi olmaq üçün ixtisas seçimində düzgün yanaşma həlledicidir.

Ötən illə müqayisədə bu il ixtisas qrupları üzrə plan yerlərinin sayı artırılıb. Bu isə bu il imtahan verən abituriyentlər üçün seçim şansını artırır.


Keçən ilki plan yerlərindən fərqli olaraq bu il birinci ixtisas qrupu üzrə 670, ikinci qrup üzrə 471, üçüncü qrup üzrə 832, dördüncü qrup üzrə isə 95 yer artırılıb. 1 ci ,3 cü və 4 cü qruplar üzrə keçid balını keçən abituriyentlərin sayı plan yerlərindən çoxdur. Bu qruplar üzrə ixtisas seçərkən abituriyentlər xüsusən diqqətli olmalıdırlar. İkinci qrup üzrə isə vəziyyət fərqlidir.

Ekspertlərin fikrincə, abituriyentlərin nəticələrinə uyğun olaraq bəzi qruplar üzrə keçid balları qalxa bilər.

Keçid balını keçməyən abituriyentlər də təəssüflənməsin. Onlar da müvafiq ixtisaslar üzrə seçim edə bilərlər.

Ekspertlər belə həsab edir ki, əsasən 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa olsun universitetə qəbul olmaq olur. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və bu ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir.

Qeyd edək ki, ixtisas seçimi 13 avqustda sona çatacaq.







Paylaş:


Müəllif : Tarix:
10-08-2018, 22:27
  


loading...
Загрузка...