reklam
» » ADAU-ya qəbul olmuş tələbələrin validyenləri ilə görüş keçirilib

reklam

ADAU-ya qəbul olmuş tələbələrin validyenləri ilə görüş keçirilib


2018/2019-cu tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) qəbul olmuş tələbələrin qeydiyyatı prosesi uğurla davam edir. Qeydiyyat üçün universitetə gəlmiş tələbələrin valideynlərinin bir qrupu ilə görüşən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetdə keyfiyyətli və şəffaf təhsil imkanları, tələbəyönümlü tədbirlər, təqaüdlər, beynəlxalq mübadilə proqramlarında iştirak, tələbələrin sosial-məişət şəraitinin ən müasir tələblərə cavab verməsi, valideyn-universitet əlaqələrinin inkişafı, aqrar sahədə uğurlu karyera imkanları və digər üstünlüklər barədə məlumat verib.  Bu tədris ilində universitetə qəbul olmuş 400-dən çox bal toplayan tələbələrə 100 manat, 500-dən çox bal toplayanlara 200 manat əlavə təqaüdlərin verilməsinin dövlətimizin aqrar təhsilə dəstəyinin ən bariz nümunələrindən biri olduğunu və bu imtiyazın universitetə yüksək balla qəbul olan tələbələrin sayına əhəmiyyətli dərəcədə təsir göstərdiyini bildirib.

Səmimi qəbula və univeristetə yaradılan şəraitə görə təşəkkürünü  bildirən valideynlər dövlətimizin aqrar sahəyə, aqrar təhsilə diqqət və qayğısından faydalanmaqla, övladlarının ADAU-da keyfiyyətli təhsil alacaqlarına, gələcəkdə uğurlu karyera quracaqlarına əmin olduqlarını qeyd ediblər.




 


Paylaş:


Müəllif : Tarix:
17-08-2018, 13:42
  


loading...
Загрузка...