reklam
» » Dünyanın ən bahalı avtomobili: 17,5 milyon dollar - Foto

reklam

Dünyanın ən bahalı avtomobili: 17,5 milyon dollar - Foto

"Pagani" şirkəti dünyanın ən bahalı avtomobilini satışa çıxarmağa hazırlaşır.

"Pagani Zonda HP Bachetta" adlı modeldən cəmi 3 ədəd istehsal olunacaq və 17,5 milyon dollara satışa çıxarılacaq.

Avtomobil 789 at gücünə, 6.0 litrlik ikiqat turbo V12 motoruna və 6 ötürücülü mexanika sürət qutusuna sahib olacaq. İdman avtomobili 100 km/saat sürəti 3,1 saniyədə yığacaq. Maksimum sürəti isə 335 km/saat olacaq.

Qeyd edək ki, hazırda dünyanın ən bahalı avtomobili ötən il satışa çıxarılan "Rolls-Royce Sweptail" avtomobilidir. Avtomobilin qiyməti 13 milyon dollardır.

 


Paylaş:


Müəllif : Tarix:
19-08-2018, 16:53
  


loading...
Загрузка...