reklam
» » Avqustun 24-dək hava isti olacaq - Yay "qayıdır"

reklam

Avqustun 24-dək hava isti olacaq - Yay "qayıdır"

Azərbaycanın bəzi ərazilərində havanın maksimal temperaturu 35 dərəcəyə çatacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib ki, avqustun 21-dən 24-dək Bakıda və Abşeron yarımadasında şimal küləyi zəifləyəcək və mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

U.Tağıyeva qeyd edib ki, yaxın günlərdə havanın temperaturu getdikcə yüksələcək:

"Abşeron yarımadasında havanın maksimal temperaturu 33-34 dərəcə, Aran rayonlarda 35 dərəcəyə yaxın, dağlıq ərazilərdə isə 23-24 dərəcə isti olacağı gözlənilir".


Paylaş:


Müəllif : Tarix:
20-08-2018, 17:37
  


loading...
Загрузка...