reklam
» » MSK-nın sabiq üzvü vəfat etdi

reklam

MSK-nın sabiq üzvü vəfat etdi

Vaxilə “Millət” qəzetində jurnalist və baş redaktor vəzifələrində işləmiş, Azərbaycan Milli İstiqlal partiyasınıın (AMİP) keçmiş mətbuat katibi Asəf Orucoğlu vəfat edib.

Modern.az-ın məlumatına görə, bu haqda mərhumun dostları xəbər veriblər. Onun infarktan öldüyü bildirilir…

Asəf Oruc oğlu Əliyev 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. 1984-cü ildə C.C.Naxçıvanski adına Hərbi Liseyi bitirib.
1985-1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.
1996-cı ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Asəf Orucoğlu “Millət” qəzetində jurnalist və baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, “Araşdırma və proqnoz şöbəsi”nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləyib.
2003-2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub.
Asəf Qaya imzası ilə şeirlər yazırdı.
300-ə yaxın şeirin müəllifidir.


Paylaş:


Müəllif : Tarix:
6-09-2018, 16:35
  


loading...
Загрузка...