reklam
» » Sakinlər səs-küydən şikayətçi düşdülər... - Müraciət

reklam

Sakinlər səs-küydən şikayətçi düşdülər... - Müraciət

Regionxeberleri.com bildirir ki, Moderator.az redaksiyasına Nəsimi rayonu Cavadxan küçəsi ev 1-də yaşayan Bakı sakinləri tərəfindən Prezident İlham Əliyevə və 1-ci Vitse-prezident Mehruban Əliyevaya ünvanlanmış müraciət daxil olub.

Müraciətdə deyilir:

“Hörmətli cənab Prezidentimiz və xanım 1-ci Vitse-prezidentimiz!

Sizin çox dəyərli vaxtınızı aldığınız üçün üzr istəyirik. Yaşadığımız bina metropolitenin “20 Yanvar” stansiyasının yaxınlığındadır. Sumqayıt və Xırdalan şəhərlərinə qanunsuz olaraq sərnişin daşıyan kiçik və iritutumlu taksi sürücülərinin səhər saat 06:30-dan gecə saat 01:00-dək “Sumqayıt-Saray”, “Sumqayıt-Ceyranbatan”, “Xırdalan” qışqırması evimizdə, həyətimizdə nə oturmaq, nə istirahət etmək, yatmağa imkan verir. Binalarımızın qarşısına toplaşan avtomobillərin əlindən biz öz həyətimizə rahat girib-çıxa bilmirik. Bu əraziyə Nəsimi rayon Polis İdarəsi Post Patrul Xidməti alayının əməkdaşları təhkim olunub. Biz onlara dəfələrlə narazılığımızı, qanunsuz taksi və avtobusları binanın qarşısından kənarlaşdırmaq tələbimizi çatdırsaq da, heç bir nəticə yoxdur. Polis əməkdaşları cavab verirlər ki, bizim nəsə tədbir görmək ixtiyarımız yoxdur. O halda belə bir sual yaranır:”Əgər ərazidə yaşayan sakinlərin- vətəndaşların asayişini, dinc yaşayışını təmin etməyə gücünüz yetmirsə, burada nə üçün dayanırsınız, vəzifəniz nədən ibarətdir?”

Cənab İlham Əliyev! Çox hörmətli Mehriban xanım!

Bu sətirləri Sizə utanaraq yazırıq. Çünki bilirik ki, ölkənin bundan qat-qat ciddi, taleyüklü problemlərini həll etməyə ayırdığınız vaxtın hər saniyəsi qızıldan dəyərlidir. Ancaq bilin ki, son ümid yerimiz Sizlərsiniz. Bir daha xahiş edirik ki, biz sakinləri bu bəladan qurtarmaq üçün müvafiq qurumlara lazımi göstərişlər verəsiniz”.

Qeyd edək ki, müraciətin surəti Daxili İşlər naziri Ramil Usubova da göndərilib.

P.S. Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə (Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.


Paylaş:


Müəllif : Tarix:
14-09-2018, 10:13
  


loading...
Загрузка...