reklam
» » Azərbaycana payız fəslinin daxil olacağı TARİX

reklam

Azərbaycana payız fəslinin daxil olacağı TARİX

Bu il Azərbaycanda payız fəslinin başlanacağı dəqiq vaxt açıqlanıb.

Regionxeberleri.com BakuPost-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Report-a açıqlamasında bildirib ki, payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 05:54-də daxil olacaq: "Bu il qış isə Azərbaycana dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də daxil olacaq".

Onun sözlərinə görə, sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verəcək: "Buna payız bərabərliyi deyirlər. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində yay mövsümü başlayır".

Rəsədxana rəsmisinin sözlərinə görə, gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq.


Paylaş:


Müəllif : Tarix:
17-09-2018, 17:36
  


loading...
Загрузка...