reklam
» » Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü

reklam

Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü

Avropa Birliyi (AB) “Facebook” sosial şəbəkəsinə ultimatum irəli sürüb və bəyan edib ki, şirkət 2018-ci ilin sonuna qədər fərdi məlumatların işlənmə qaydasını yeni Avropa reqlamentinə uyğun dəyişdirməlidir.

 Avropa komissarı Vera Yurova “səbrinin tükəndiyini” söyləyib.

“Mən əbədi olaraq danışıqlar aparmaq niyyətində deyiləm”, - komissar deyib.

Onun sözlərinə əsasən, AB sözügedən məsələdə inkişaf görməsə, sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaq.

Vera Yurova “Twitter”də qeyd edib ki, “Facebook” istifadəçilərinə sosial şəbəkənin necə işləməsi və hansı yollarla pul qazanması barədə ətraflı izahat verməlidir.

“Çox az adam bilir ki, “Facebook” məlumatları üçüncü şəxslərə ötürüb və ya orada yerləşdirilən istənilən şəkil və məlumata müəllif hüquqlarına malikdir”, - Yurova yazıb.


Paylaş:


Müəllif : Tarix:
20-09-2018, 20:26
  


loading...
Загрузка...