reklam
» » Azərbaycanda unikal əməliyyat - Qida borusu olmayan uşağa boru düzəldildi

reklam

Azərbaycanda unikal əməliyyat - Qida borusu olmayan uşağa boru düzəldildi

Son zamanlar Azərbaycanda qida borusunun anadangəlmə tam və ya hissəvi olmaması sindromu ilə doğulan körpələrə tez-tez rast gəlinir.Əvvəllər belə patologiyalı uşaqlar çox yaşamırdılar.

Uşaq cərrahiyyəsində hər 2000 uşaqdan birində rast gəlinən Qida borusu Atreziyası adlanan bu patologiya uşaq doğulandan sonra əməliyyatla aradan qaldırılır.
 
BakuPost Medicina.az-a istinadən xəbər verir ki, uşaq cərrah Toğrul Ömərov artıq Torkoskopik Ezofaqoplastik əməliyyatla bir neçə körpəni bu patologiyadan xilas edərək, qida borusu problemini həll edib.
Həkim qida atreziyasının bir neçə əlamətlərini sadaladı: "Doğulandan 1 gün sonra uşağın ağız və burnundan dayanmadan qatı köpük gəlir, bu zaman seliyin bir hissəsi tənəffüs yollarına düşür, uşaq boğulmağa başlayır.

İlk qidalanmadan dərhal sonra qida geri qayıdır, yaxud da tənəffüs yollarına düşür. Bu da özünü güclü öskürək, sianoz, tənəffüsün pozulmasl, döş qəfəsində xırıltılarla göstərir".
 
Ona görə bu əlamətlər görünən kimi uşağı klinikaya gətirib, cərrah müayinəsindən keçirmək lazımdır. Rentgen və MRT ilə qida borusunun atreziyası tam görünür.
 
Uşağın sağlam həyata davam etməsi üçün əməliyyat mütləqdir və gecikdirilməməlidir.


Paylaş:


Müəllif : Tarix:
12-10-2018, 17:14
  


loading...
Загрузка...