reklam
» » Bakıda 60 illlik marşrutun yolu dəyişdirildi - ETİRAZ

reklam

Bakıda 60 illlik marşrutun yolu dəyişdirildi - ETİRAZ

Bakıda Sabunçu qəsəbəsindən NəsrəddinTusi küçəsinə hərəkət edən 62 nömrəli marşrut xəttində avtobusların hərəkət istiqaməti dəyişdirilib.

Bu, həmin marşrut xəttindən istifadə edən sakinlərin narazılığına səbəb olub. Regionxeberleri.com bildirir ki, bununla bağlı olaraq Cebhe.info-ya şikayət daxil olub. Sakinlər bildirir ki, 62 nömrəli avtobusun yolu uzadılıb:

“60 ildir ki, bu marşrut Nəsrəddin Tusi küçəsindən “Əhmədli” metrosuna Heydər Əliyev parkının yanından dönərək gəlib. Bir aydır ki, yolda aparılan təmir işləri ilə əlaqədar yolumuz uzanıb. Avtobus heç bir lüzum olmadan “Bəy hamamı”nın yanından yuxarı “Neapol” dairəsinə qalxır, yolda boşu-boşuna 7-10 dəqiqə vaxt itirməli oluruq. Bu atmosferə əlavə tullantı atılması deməkdir. Avtobusun yolu bardür çəkildiyi üçün dəyişdirilib”.

Cebhe.info məsələ ilə bağlı olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevlə əlaqə saxlayıb. O bildirib ki, qeyd edilən ərazidə yolun təmiri BNA tərəfindən aparılmayıb:

“Lakin sərnişinlərimizi narahat edən məsələ varsa, onlar BNA-ya müraciət etsinlər və məsələ nəzarətə götürülüb araşdırılsın”.


Paylaş:


Müəllif : Tarix:
17-10-2018, 09:19
  


loading...
Загрузка...