reklam
» » "Lotu Quli" məhkəmə qarşısına çıxarılır: - SON QƏRAR

reklam

"Lotu Quli" məhkəmə qarşısına çıxarılır: - SON QƏRAR

Türkiyədə barəsində deport qərarı çıxarılan “Lotu Quli” ləqəbli azərbaycanlı qanuni oğru Nadir Səlifov apellyasiya şikayəti verib.

Regionxeberleri.com bildirir ki, bu barədə Open.az-a qanuni oğruya yaxın mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, oktyabrın 19-da İstanbul Məhkəməsi Nadir Səlifovun barəsində çıxarılmış olan deport qərarından verdiyi şikayətə baxacaq. Məhkəmə avtoritet barəsində verilmiş deport qərarını ləğv edə bilər. Əgər deport qərarı ləğv edilməsə o interpol tərəfindən axtarışa verildiyi ölkəyə təhvil veriləcək.

Qeyd edək ki, Nadir Səlifov oktyabrın 9-da İstanbulda həbs edilib.

Türkiyə mətbuatında yayılan məlumatlara görə, N.Səlifovun telefonla Rusiyadakı iş adamlarından xərac aldığı iddia edilib.

N.Səlifov hazırda İstanbulda miqarantların müvəqqəti saxlanma yerində saxlanılır. Onun barəsində deport qərarı verilib.

“Lotu Quli” Azərbaycana da deportasiya edilə bilər. Çünki o, həbsxanada yatdığı zaman Azərbaycan vətəndaşlığını alıb.


Paylaş:


Müəllif : Tarix:
17-10-2018, 17:12
  


loading...
Загрузка...