reklam
» » İcazəsiz balıq ovlayanlar saxlanıldı

reklam

İcazəsiz balıq ovlayanlar saxlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Lənkəran şəhər akvatoriyasında icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı ov edən şəxslərin Lənkəran rayon sakinləri Rüfət Kərimov və Niyaz Əskərov olduğu müəyyən edilib. Onlardan müxtəlif növ balıqlar, ov alətləri və taxta qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyerlər barəsində 440 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.


Paylaş:


Müəllif : Tarix:
23-10-2018, 17:50
  


loading...
Загрузка...