reklam
» » Nazirlikdə şəhid hərbçilərin vərəsələri ilə görüş keçirildi

reklam

Nazirlikdə şəhid hərbçilərin vərəsələri ilə görüş keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid hərbi qulluqçuların əvvəllər sığorta ödənişini almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəsi ilə nazirliyin və Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbər vəzifəli şəxsləri növbəti dəfə görüş keçirib.

Nazirlikdən verilən xəbərə görə, ümumilikdə 13 şəhid hərbi qulluqçunun yaxın qohumu – Quluzadə Sevinc Zahid qızı, Allahverdiyeva Zeynəbxatın Qurban qızı, Həsənova Fazilə Hüseynalı qızı, Babayeva Namidə Əlövsət qızı, Ziyadxanov Əsəd Fərman oğlu, Abdullayev Gülağa Cabbar oğlu, Qocayev Toğrul Etibar oğlu, Ağabalayeva Sədaqət Rzabəy qızı, Şükürova Zenfira Əlibala qızı, Həsənova Kifayət Savalan qızı, Musayeva Əskinaz Tapdıq qızı, Qasımova Minayə Əmir qızı və Bayramov Oruc Sultanəli oğlu ilə görüş keçirilib və onlara vaxtilə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı müvafiq qurumların arxiv materialları arasından aşkar edilmiş sənədlər təqdim edilib.

Şəhid hərbi qulluqçulara görə sığorta ödənişinin alınması üçün vaxtilə müvafiq hərbi komissarlıqların arayışları əsasında notariat kontorlarına təqdim etdikləri ərizələr və bu ərizələrə uyğun olaraq notariat kontorlarından verilmiş vərəsəlik şəhadətnamələri (həmin şəhadətnamədə bu sənədin yalnız sığorta ödənişi alınması üçün verildiyi qeyd edilir), həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı rəsmi qeydiyyatın aparıldığı möhürlə təsdiqlənmiş jurnaldakı müvafiq ödənişə dair qeydlər onların diqqətinə çatdırılıb.


Paylaş:


Müəllif : Tarix:
8-11-2018, 21:03
  


loading...
Загрузка...