reklam
» » SABİQ NAZİR TÜRKİYƏYƏ BURAXILMAYIB! – Əhməd Əhmədov sərhəddən geri qaytarılıb

reklam

SABİQ NAZİR TÜRKİYƏYƏ BURAXILMAYIB! – Əhməd Əhmədov sərhəddən geri qaytarılıb

Naxçıvan Muxtar Respublikasının (NMR) sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun bu gün Sədərək gömrük-keçid məntəqəsi vasitəsilə Naxçıvandan Türkiyəyə keçmək cəhdinin qarşısı alınıb.

Bu barədə Naxçıvandakı mənbələrdən məlumat daxil olub.

Sabiq nazir bu gün günün birinci yarısı, saat 11-12 radələrində Türkiyəyə getmək üçün Sədərək gömrük-keçid məntəqəsinə gəlib. Lakin sərhədçilər onun pasportuna möhür vurmaqdan imtina ediblər. “Yuxarıdan tapşırılıb ki, buraxmayaq”, – sabiq nazirə bildirilib.

Məlumata görə, Ə.Əhmədov Türkiyəyə buraxılmasına nail olmaq üçün bir neçə telefon zəngi etsə də, nəticəsi olmadığından geri qayıdıb.

Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

Bundan bir müddət əvvəl o, vəzifəsindən qeyri-rəsmi uzaqlaşdırılmış və barəsində araşdırma aparılmışdı.

Sabiq nazir istintaq altında olmasa da, Naxçıvanı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulub.


Paylaş:


Müəllif : Tarix:
9-11-2018, 23:32
  


loading...
Загрузка...