reklam
» » “Bədəninə cin girən birini gətirin, mən hər şeyi sizə sübut edim” - Cindar Lamiyədən şok iddia

reklam

“Bədəninə cin girən birini gətirin, mən hər şeyi sizə sübut edim” - Cindar Lamiyədən şok iddia

Son zamanların müzakirə mövzularından biri də insan bədəninə cinin girməsi və yaxud bədəndən cin çıxarmaqdır.
Bəziləri çarəsiz xəstələrə məhz cinçıxaranların kömək ola biləcəyini düşünür. Buna görə də xəstəni müalicə etdirmək üçün həkimə deyil, cinçıxaranlara müraciət edənlər az deyil.
Nəticədə isə bədbəxt hadisələrin şahidi oluruq. Elə bu günlərdə Şabranda baş verən hadisə kimi...
Bakı şəhər sakini, Murad Soltanov Şabranda bir neçə fırıldaqçı “cinçıxaran” tərəfindən döyülərək öldürülüb. Məlum olub ki, 6 Şabran sakini əlbir olaraq psixi xəstəlikdən əziyyət çəkən Murad Soltanovu sağaltmaq adı ilə bədəninin müxtəlif nahiyələrinə çubuqla vuraraq "cinçıxartma" proseduru aparıblar. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.
Ümumiyyətlə, şeytana aid olmaq, ya da adamın içinə şeytan girməsi psixi pozğunluq sayılmır və tibbdə müalicə olunmur. Həmçinin elmdə də qəbul olunmur. Bəs o zaman necə olur ki, “cin”in qurbanına çevrilirik? Ekstrasens və “cindar” kimi tanınan Lamiyə İsmayılova Cebhe TV-yə açıqlamasında cinçıxarma prosedurundan danışıb.



Paylaş:


Müəllif : Tarix:
13-11-2018, 09:20
  


loading...
Загрузка...