reklam
» » Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı qərar verildi

reklam

Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı qərar verildi

Sumqayıtda üç yaşlı uşağın ölümündə təqsirləndirilən “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti, zərərçəkmiş tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Vəkil Əli Hüseynov  açıqlamasında deyib ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, İ.Qəmbərova verilən bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, ittihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub.

Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.


Paylaş:


Müəllif : Tarix:
13-11-2018, 13:19
  


loading...
Загрузка...