reklam
» » “Yeni yol nişanları” gülüş hədəfi oldu - FOTO

reklam

“Yeni yol nişanları” gülüş hədəfi oldu - FOTO

Qusar ərazisində yol kənarına çəkilən nişanlanma işarələri zamanı yol verilən kobud səhv sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.

Regionxeberleri.com-un Oxu.Az-a istinadən məlumatına görə, yol-nişanlanma işləri yol kənarındakı peyinə məhəl qoyulmadan icra edilib.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin əraziyə baxış keçiriləcək:

“Ola bilsin ki, yolda rənglənmə işləri aparılarkən diqqətsizliyə yol verilib. Belə bir şey varsa, aradan qaldırılacaq”.

Qeyd edək ki, fotonu Facebook sosial şəbəkəsində “Кусары онлайн” səhifəsi paylaşıb.
 


Paylaş:


Müəllif : Tarix:
15-11-2018, 15:09
  


loading...
Загрузка...