reklam
» » AZAL-ın “qara siyahı”sı - 27 nəfər əfv edilib

reklam

AZAL-ın “qara siyahı”sı - 27 nəfər əfv edilib

Hazırda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “qara siyahı”sına 96 nəfər daxildir.

Bu barədə Azvision.az-ın sorğusuna cavab olaraq AZAL-dan məlumat verilib. Bildirilib ki, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır.
AZAL xatırladır ki, hava gəmisinin göyərtəsində sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı havagəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilir.

Qeyd edək ki, ötən ilin dekabr ayında açıqlanan məlumatda "qara siyahı"da 123 nəfərin olduğu bildirilmişdi. Sonuncu statistikadan görünür ki, AZAL 27 nəfərin adını siyahıdan çıxarıb.


Paylaş:


Müəllif : Tarix:
6-12-2018, 15:17
  


loading...
Загрузка...