reklam
» » Ömürlük məhkum Ali Məhkəməyə müraciət etdi

reklam

Ömürlük məhkum Ali Məhkəməyə müraciət etdi

27 ildir ömürlük məhkumluq həyatı yaşayan Çingiz Əmirhəmzə oğlu Paşayev üzərindən məhkumluğun vaxtından əvvəl götürülməsi üçün Ali Məhkəməyə müraciət edib.

Regionxeberleri.com-un AzNews.az-a istinadən məlumatına görə, Ç. Paşayevin məhkəmə prosesi fevral ayının 13-də hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək.

Istintaq materiallarına görə, Çingiz Paşayev 1992-95-ci illərdə cinayətkar qrupun tərkibində fəaliyyət göstərib. Mütəşəkkil dəstənin üzvləri Azərbaycanda 1992-ci ildə Pivə zavodunun direktorunu qətlə yetiriblər. O zaman qətli Pivə zavodunun direktor müavini sifariş verib. O, dəstə üzvlərinə deyib ki, 50 min manat pul verirəm, müdiri öldürün.

Həmçinin məlum olub ki, mütəşəkkil dəstə üzvləri Rusiyada və Gürcüstanda çoxsaylı quldurluq cinayətləri törətdikləri üçün həbs olunublar.

Mütəşəkkil dəstənin üzvləri həbs olunandan sonra Azərbaycanda pivə zavodu direktorunun ölümü və bir çox başqa cinayətlərin üstü açılıb. Bundan sonra Çingiz Paşayev Azərbaycanda həbs edilib.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev 1998-ci ildə ölüm hökmünü ömürlük cəza ilə əvəz edən sərəncam imzalayıb və Ç.Paşayevə verilən cəzada ömürlük cəza ilə əvəz edilib.


Paylaş:


Müəllif : Tarix:
11-02-2019, 13:28
  




loading...
Загрузка...