reklam
» » Bakıya uçan təyyarə taksilərinin qiyməti açıqlandı – FOTO

reklam

Bakıya uçan təyyarə taksilərinin qiyməti açıqlandı – FOTO

Gürcüstanın “Adjara Group Hospitality” şirkətinin yenicə istifadəyə verdiyi təyyarə taksilərinin Bakıya uçuş qiyməti açıqlanıb.

Şirkətdən seyyah.az-a verilən məlumata görə, təyyarə taksilərlə Tbilisidən Bakıya və geriyə (yəni iki tərəfə) uçuş qiyməti 6930 dollar təşkil edir. Tbilisidən Bakıya bir tərəfli uçuş da bu qiymətə başa gələcək, çünki istənilən halda təyyarə Tbilisidən qayıtmalıdır.

Təyyarə taksi ilə Tbilisidən İstanbula və geriyə uçuş isə 11200 dollar təşkil edir.

Bu qiymətə təyyarə taksinin təyinat yerində beş saat gözləməsi də daxildir. Yəni sərnişin getdiyi yerdə işini beş saat ərzində bitirərsə, həmin təyyarə ilə geri qayıda bilər. Ləngimə beş saatdan artıq olarsa, əlavə ödəniş tələb olunacaq.

Bundan əlavə aeroportdakı qarşılanma xidməti xərcləri də ödənilməlidir – adambaşına 150 dollar.  

Bakıya uçuş üçün iki həftə, İstanbula isə 2-3 gün əvvəl sifariş verilməlidir.

Qeyd edək ki, “Beechcraft king Air C90 GTx” taksi təyyarələri Tbilisi beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli hava limanına, eləcə də, Bakı, Yerevan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək.

Yeni, müasir tipli avadanlıqla tam təchiz olunmuş təyyarə beş nəfər sərnişin üçün nəzərdə tutulub.





Paylaş:


Müəllif : Tarix:
6-04-2017, 23:39
  


loading...
Загрузка...